NEAN
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • BİZİMLƏ ƏLAQƏ
NEAN

ƏSL HAKER KİMDİR VƏ NƏLƏRİ BİLİR?
Əsl haker kimdir, kimlərə deyilir və nələri bilir? Ən əsası ADİ BİR İNSAN HAKER OLA BİLƏRMİ? Bunları bilmək istəyirsinizsə onda bu paylaşımı sona kimi oxuyun.

Tarix: 11.08.2017
Müəllif: NEAN
​Bölmə: Texnoloji Bilgilər
Dəstək: fb.com/neansoft/
Picture

Picture
Öncəliklə Haker ilə "Lamer" fərqini açıqlayaq. Çox insan bunu qarışıq salır.

-Hakerlər əslində texnologiyadan, proqramlaşdırmadan daha çox anlayışı olan insanlardan belə daha üst səviyyədə biliyi olan, kompüterin, telefonun, planşetin (tabletin) və digər elektron cihazların hər bir problemini bilən, problem yaranarsa onu özü çözə bilən (youtube-dan, google-dan axtarıb videolara baxaraq yox), bu cihazların əməliyyat sistemlərini (Android, Windows, Linux, Symbian, Blackberry OS, IOS və s.) dərindən bilən, bir çox proqramlaşdırma dillərini (java, c, c++, c#, pyhton, assembly, pascal, delphi və s.) bilərək özündən (sıfırdan) proqram yarada, hazırlaya bilən (daha proqramları internetdən köçürüb işlətməyi başaranlar kimi yox...), veb saytları hazrlamaq üçün lazım olan dilləri (html, css, java script, php və s...) bilib istənilən saytın açığını (kodlaşdırmadakı boşluqları, səhvləri) tapıb düzəldə bilən, lazım gələrsə həmin boşluqlardan (açıqlardan) yararlanaraq saytı çökdürə bilən, bu tip biliklərə sahib olaraq hər hansı bir sistemi sıradan çıxara onu "sındıra bilən, dağıda bilən", lazım gələrsə bu kimi problemləri çözərək insanlara yaxşılıq edən birilərinə haker deyilir.

Qısacası: ​öz işindən çox anlayışı olan yox, onun ustası da yox, onun mütəxəssisi, peşəkarı, professionalı, DAHİSİ olan bilrilərinə Haker deyilir. Daha özünə "xakker" deyənlərə yox.

BAX: AZƏRBAYCANDA "XAKKER" OLMAĞIN QAYDALARI

Picture
-Lamerlər isə xalq arasında “özünü çoxbilmiş kimi göstərib, ancaq bir şeydən anlamayanlara” deyilir. Yəni, hakerlərin, proqramçıların yaratdıqları hazır proqramlardan, kodlardan istifadə edib "özünü haker sayaraq" guya ki bunları özü etmiş kimi söyləyən insanlara “lamer” deyilir. El arasında “youtube-da, google-da bir iki videoya baxıb özünü haker adlandıran” insanlar sırasına daxildirlər.

Düzdür, “lamer”lər adi insanlardan çox şeyi bilə bilərlər. Kompüterdən, telefondan və digər cihazlardan anlayışları vardır lakin, özündən (sıfırdan) kod yazaraq proqram hazırlaya və yaxud veb sayt yarada bilməzlər. Hər hansı bir problem olduqda onları özləri təkbaşına çözməzlər – internetdən, google-dan, youtube-dan baxıb öyrənməyə çalışarlar. Hazır proqramlardan, kodlardan yararlanıb özlərini çoxbilmiş “haker” adlandırarlar. Bu şəxslər çox zaman 11-15 yaş aralığında olurlar. Azərbaycanda isə bunlara "xakker" deyirlər təssüf ki...!

BAX: AZƏRBAYCANDA "XAKKER" OLMAĞIN QAYDALARI

Hakerlərin Növləri (Tipləri)
​

Hakerlər əslində sırf “ziyanverici, dağıdıcı, pis insanlar” deyillər. Onlar da öz aralarında 3 yerə bölünürlər. Bunlar aşağıdakılardır:
​
​
"Qara şapkalılar" (Black hat) – Niyyəti və Məqsədi pis olanlar, insanlara zərər verənlər…
"Ağ şapkalılar" (White hat) – Niyyəti və Məqsədi yaxşı olanlar, insanlara xeyir verənlər…
"Boz şapkalılar" (Grey hat) – İstəklərinə uyğun olaraq gah yaxşı, gah da pis olanlar...
Picture
     
Picture
"Qara şapkalılar" (Black hat) – Niyyəti və məqsədi pis olan, durub-durduğu yerdə öz istəyinə uyğun hərəkət edib kiminsə saytına hücum edib onu dağıdan, sayta girişi əngəlləyən, qanunları pozaraq qanunsuz şəkildə hər hansı sistemə (bank sisteminə, tanımadığı ya da xoşlanmadığı insanın kompüterinə, telefonuna) daxil olub oradan lazımlı, önəmli məlumatları alan və bu məlumatları aldıqdan sonra onları silən, hər hansı insanın saflığından istifadə edib onun hesablarının (facebook, Instagram kimi hesabların) şifrələrini, özəl məlumatlarını oğurlayan hakerlərə deyilir. Bu tip hakerlər çox zaman (95% halda) özlərini (adlarını, yerlərini, nə işlə məşğul olduqlarını) gizlədirlər. Hər zaman polis tərəfindən axtarışdadırlar. Özləri isə adından məlum olduğu kimi başlarına “qara şapka” taxarlar.

Picture
"Ağ şapkalılar" (White hat) - "Qara şapkalılar"-ın əksinə niyyəti və məqsədi yaxşı olan, kiminsə sistemində (saytında, telefonunda, kompüterində, proqramında və s.) boşluq (açıq) tapıb və bu problemi onun sahibinə, yiyəsinə deyən, eyni zamanda problemi çözüb qarşı tərəfə (sabinə) göndərən yaxşı niyyətli hakerlərə deyilir. Bu tip hakerlər isə çox zaman insanlar tərəfindən tanınan, böyük şirkətlərin (Google, Facebook, Apple, Microsoft, Nokia və s. kimi şirkətlərin) sistemlərində boşluq (açıq, problem) tapıb və bunun qarşılığında böyük məbləqdə pul alan insanlardır. Məhz buna görədir ki, bu kimi böyük şirkətlər belə hakerlərə çox böyük pul verirlər. Digər tərəfdən dövlət işində sistem güvənliyi, təhlükəsizlik işləri üçün çalışarlar. Özləri isə adından məlum olduğu kimi çox zaman başlarına “ağ şapka” taxarlar.

Picture
"Boz şapkalılar" (Grey hat) – “qara və ağ şapkalı hakerlərin arasında olan biriləridir”. Yəni, onların etdikləri şey istəklərindən aslı olaraq dəyişir. İstərsə kiməsə yaxşılıq edib onlara yardım edər, istərsə də pul qarşılığında ya da hansısa səbəbə görə pislik edə bilərlər. El arasında bunlara “nə Əli aşındandır, nə də Vəli aşından” olan biriləri kimi deyirlər.

BAX: AZƏRBAYCANDA "XAKKER" OLMAĞIN QAYDALARI

Əsl Hakerlər Nələri Bilir, Necə Haker olmaq olar?
​
​
Əsl Haker öz peşəsinin, sənətinin çox biləni yox, ustası yox, DAHİSİ olduğuna görə öz sahəsi üzrə demək olar ki, "hər şeyi bilməlidir". Hətta bir addım önə gedərək yeni bir şeylər (sistem, proqram və s.) yaratmağı başarmalıdır! Aşağıda bununla bağlı daha geniş aydın şəkildə yazılmışdır.





PROQRAM TERMİNLƏRİ (ENG-AZE)
Hakerlər birinci növbədə xarici dil-ingiliscə bilməlidirlər ("ruski-yazıçnı" dil aid deyil). İngiliscə bilmək dedikdə danışmaq yox, yazıb-oxumaq aiddir. Çünki, ingiliscə Google-da istədiyiniz hər şeyi axtarıb tapa bilərsiniz. İngilis dili beynəlxalq dil-ortaq dil olduğuna görə, dünyanın hər bir yerindən (pakistan, hindistan, çin, yaponiya, iran, gürcüstan və s. kimi ölkələrdən) olan insanlar bu dildə öz bildiklərini paylaşırlar. Bizim Azərbaycanda isə ingilis dili "sadəcə ingilislərin dili" sayılır. Ayrıca siz rus dilində yarı-yarımçıq "ruski yazıçnı" bilirsinizsə sizi Azərbaycanda "dahi, kəllə, savadlı" biri kimi anlayırlar...

     
KOMPÜTER/ İNFORMATİKA DƏRSLƏRİ
Hakerlər Kompüteri və digər elektron cihazları dərindən bilməli (xalq arasında "ovucunun içi kimi, su kimi bilən" olmalıdır). Kompüterin, telefonun, planşetin (tabletin) və digər elektron cihazların hər bir problemini bilməli, problem yaranarsa onu yalnız özü çözməlir.

         
ƏMƏLİYYAT SİSTEMLƏRİ
Cihazların (Kompüterin, Telefonun və s.) Əməliyyat Sistemlərini (ana proqramını Android, Windows, Linux, Symbian, Blackberry OS, IOS və s.) bilməlidir. Problem yaranarsa onu özü çözməyi başarmalıdır (youtube-dan, google-dan axtarıb videolara baxaraq yox).

    
PROQRAMLAŞDIRMA DİLLƏRİ
Bir çox proqramlaşdırma dillərini (java, c, c++, c#, pyhton, assembly, pascal, delphi və s.) bilərək özündən (sıfırdan) proqram yarada, hazırlaya bilən (daha proqramları internetdən köçürüb işlətməyi başaranlar kimi yox...)

      
PROQRAMLARI ÖYRƏN
Veb saytları hazrlamaq üçün lazım olan dilləri (html, css, java script, php və s...) bilib istənilən saytın açığını (kodlaşdırmadakı boşluqları, səhvləri) tapıb düzəldə bilməli, lazım gələrsə həmin boşluqlardan (açıqlardan) yararlanaraq saytı çökdürə bilməlidir.

ELEKTRONİKA DƏRSLƏRİ
Lazım gələrsə özündən yeni elektron cihaz yaratmağı başarmalıdır (sxem, basqı dövrəsi, robot, sistem və s. hazırlaya bilməlidir).

BÜTÜN DƏRSLİKLƏR
BAX: AZƏRBAYCANDA "XAKKER" OLMAĞIN QAYDALARI

Düşünməyin bunları bilməklə pis, zərərli, ziyankar biri olub insanlara pislik etmək olar. XEYR! SİZ BUNLARI BİLMƏKLƏ, GÜCLÜ PROQRAMÇI VƏ YA "AĞ ŞAPKALI" HAKER OLARAQ DÖVLƏTƏ, BİR ÇOX İKT VƏ TEXNOLOGİYA ŞİRKƏTLƏRİNƏ YARDIM EDƏ (FACEBOOK, MİCROSOFT, GOOGLE VƏ S. KİMİ ŞİRKƏTLƏRƏ) ONLARIN SİSTEMLƏRİNDƏKİ BOŞLUQLARI BİLDİRƏRƏK BÖYÜK MƏBLƏQDƏ PUL MÜKAFATLARI QAZANA BİLƏRSİNİZ! HANSI, Kİ SİZİN HƏYATINIZI BÜTÜNLÜKLƏ DƏYİŞƏ BİLƏR. BUNDAN BAŞQA HƏMİN ŞİRKƏTLƏRDƏ YA DA DÖVLƏT İŞİNDƏ PEŞEKAR, PROFESSİANAL İŞÇİ KİMİ İŞLƏYİB YÜKSƏK MAAŞ ALA BİLƏRSİNİZ. SİZƏ BU YOLDA UĞURLAR! )))

DİQQƏT: Müəllif Hüquqları Qorunur!!! Əgər bu məqaləni öz saytınızda və ya səhifənizdə paylaşırsınızsa mənbə (NEAN olaraq) göstərməyiniz vacibdir! Ətraflı "Haqqımızda" bölməsində şərtlərə baxın!
hit counter

©NEAN - 12.12.2012 -- - Müəllif Hüquqları Qorunur.!!!