NEAN
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • BİZİMLƏ ƏLAQƏ
NEAN

Picture

KameraPro proqramı öz dilimizdə

Ölçü: 879 KB
Versiya: 3.3.8
Format: apk
Tarix: 06.03.2016

Dil: Azərbaycan türkçəsi
Şirkət: MobWheel Inc (sayt)

QEYD:
Telefonun öz dili başqa dildə olarsa belə proqram yenə öz dilimizdə olacaq​
​
MƏLUMAT:
KameraPro proqramı ilə siz cihazınızın kamerasından istifadə edərək həm şəkil, həm də video çəkə bilərsiniz. Çəkiliş etmək üçün həm arxa, həm də ön kameradan istifadə etmək olur.

ÜSTÜN CƏHƏTLƏRİ:
Digər kamera proqramlarından fәrqli olaraq batareya enerjisi az (3%) olduqda belə (hətta kamera işığından istifadə edərək) çәkiliş etmәk, yaxın məsafədən təmiz və aydın şəkil çəkmək, video çəkiliş gedə-gedə efektləri dəyişdirmək, başqa seçimlərə girmək, kameranı uzaq məsafədən Bluetooth ya da WiFi ilə idarə etmək, cihazınızın üstündә gәlәn orijinal kamera proqramında olmayan funksiyalardan istifadə etmək və s. xüsusiyyətləri var.​

XÜSUSİYYƏTLƏRİ:
​Kameranın İşıq Balansını, ISO Səviyyəsini (İşığa Həssaslığını), Kamera Keyfiyyətini (1 Mp, 3Mp, 5Mp, 8Mp 16MP və s) dəyişdirə, Fokus Növünü (sabit, yaxın, uzaq, davamlı və s), Çəkiliş Növünü (mənzərə, gecə, gün batımı, qarlı hava və s.), Kamera Növünü (ardıcıl, fasiləli, şəkil sıralama, vaxtla çəkiliş və s.) təyin edə, Çəkilən Şəklin ölçüsünü azalta, işıqlanma səviyyəsini, parlaqlığını, sıxılma səviyyəsini, effektlərini (ağ-qara, karandaşla çəkilmiş, köhnə şəkil stili), şəklin detallarını (xüsusiyyətlərini) dəyişdirə, Çəkilən Videonun Kadr Sayını, Tezliyini, Enini, Hündürlüyünü, Formatını (Mp4, 3GP, AVI, FLV və s.), Səs Formatını (AAC, AMR, OGG və s.) Video Keyfiyyətini (720x480, 1920x 1088 və s.) dəyişdirə və s. əməliyyatları icra etmək mümkündür.

Bundan başqa parametrlərə daxil olaraq proqramı istəyinizə uyğun quraşdıra bilərsiniz. Ətraflı proqramın "Məlumat" bölməsinə baxın.

<<MÜƏLLİF HÜQUQLARI QORUNUR.!!! ƏTRAFLI SAYTDA "HAQQIMIZDA"  BÖLMƏSİNƏ BAXIN>>

Şəkillərin üzərinə basaraq böyütə bilərsiniz
Picture
Picture
Picture
Picture
Picture
Picture

PROQRAMI YÜKLƏ

KAMERAPRO UZAQDAN İDARƏ ETMƏ PANELİ
Picture
MƏLUMAT:
Aşağıdakı ZIP faylı kompüterə yükləyin. Sonra ZIP arxivdən faylları çıxardın və html faylı açın. Ardınca Telefonunuzda KameraPro proqramında Parametrlərə girib Uzaqdan İdarə etmə Ayarlarından "IP Ünvanı və WiFi Portu" şəkildə göstərildiyi kimi uyğun bölməyə daxil edin.

Vəssalam siz artıq KameraPro proqramını kompüterdən WiFi ilə uzaq məsafədən idarə edə bilərsiniz. Uğurlar ;) 
Uzaqdan İdarə etmə Paneli - Yüklə

© NEAN          12.12.2012 - 2019        Müəllif Hüquqları Qorunur.!!!
Powered by Create your own unique website with customizable templates.