NEAN
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • BİZİMLƏ ƏLAQƏ
NEAN

Picture

X-plore proqramı öz dilimizdə

Ölçü: 2.41 MB
Versiya: 3.81.08
Format: apk
Tarix: 03.03.2016

Dil: Azərbaycan türkçəsi
Şirkət: Lonely Cat Games (saytı)

QEYD: Telefonun öz dili başqa dildə olarsa belə proqram yenə öz dilimizdə olacaq​

MƏLUMAT:
X-plore proqramı əsasən fayl menecer proqramıdır. Proqramın təkcə fayl və qovluqlarla işləməkdən savayı bir çox əlavə funksiyaları da var. Üstün cəhətləri: Faylları və qovluqları birdəfəlik silməmişdən öncə onları Zibil Qutusuna yollaması, faylların kopyalanmasını arxa planda icra edə bilməsidir.

1) Fayl Sistemi:
Yaddaşa (fayl sisteminə) daxil olaraq qovluqlara, fayllara baxış keçirmək, qovluqları, faylları gizlətmək, gizlənmiş fayllara baxmaq üzə çıxarmaq, silinməyən faylları silmək, kopyalamaq, köçürmək, faylın ölçüsünü dəqiq (baytlarla) göstərmək, faylları Zip kimi sıxmaq və ya bu tip faylları açmaq, ZIP, TAR, APK arxivdən faylları çıxarmaq, mətn fayllarına (.txt .log .ini və s..) baxmaq, ümumi yaddaşda hər hansı faylı, qovluğu axtarışa vermək və s. əməliyyatları icra etmək mümkündür.

2) Əlavə Xüsusiyyətlər:
Android proqramları, oyunları başqa cihaza göndərmək, WiFi ilə fayl göndərmək və qəbul etmək, Veb Yaddaş xidmətinə (İnternet ilə yaddaş bazasına) daxil olmaq, FTP ilə ya da LAN Kabel ilə kompüter arasında bağlantı yaratmaq, SSH fayl köçürməsi və s. əməliyyatları etmək mümkündür. Ətraflı proqramın kömək bölməsinə baxın.


<<MÜƏLLİF HÜQUQLARI QORUNUR.!!! ƏTRAFLI SAYTDA "HAQQIMIZDA"  BÖLMƏSİNƏ BAXIN>>

Şəkillərin üzərinə basaraq böyütə bilərsiniz
Picture
Picture
Picture
Picture
Picture
Picture

PROQRAMI YÜKLƏ

© NEAN          12.12.2012 - 2019        Müəllif Hüquqları Qorunur.!!!
Powered by Create your own unique website with customizable templates.